image-genclik987backend

Vətənpərvər Azərbaycan gəncləri

image-reklam_sirab_01

Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə gediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm addımlar atılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməllərlə qoyulmuş gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər.

Gənclər ölkəmizin bu günü, həm də gələcəyi, sabaha olan ümididir. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.

Gənclərimizi fərqləndirən üstün cəhətlərdən biri isə onların müstəqillik ideyalarına daim sədaqətli qalmaları ilə bağlıdır. Azərbaycanın yaxın tarixinə nəzər salsaq, görərik ki, gənclər hər zaman azərbaycançılıq ideyalarına bağlı olublar və müstəqilliyimizin möhkəmlənməsinə həmişə özlərinin töhfələrini veriblər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Heç şübhəsiz ki, gənclərin beynəlxalq aləmdə əldə etdikləri uğurlar Azərbaycan dövlətinin nüfuzunun artmasına səbəb olur.

Ümumiyyətlə gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində iş elə təşkil edilməlidir ki, milli şüur və vətənpərvərlik ideyaları nəinki ölkənin iri şəhərlərində, hətta regionlarda yaşayan gənclərə çatdırılsın. Bunun üçün çoxlu sayda gənclər təşkilatının yaradılmasına ehtiyac var. Xüsusən  elm və təhsil müəssisələri ilə əlaqəli şəkildə çalışan vətəndaş cəmiyyətlərinin fəaliyyəti stimullaşdırılmalıdır. Gəncliyin potensial qüvvəsi olan tələbə-gənclərə dəstək omalıdır ki, onlar həmyaşıdları arasında vətənpərvərlik ruhunun artırılmasında fəal iştirak etsinlər”

Heydər Əliyev nitqlərinin birində “ milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik” deyə fikir səsləndirmişdir, biz gənclər ən şanslı insanlarıq ki, Ulu Öndər Heydər Əliyevin idarəçiliyi olan ölkədə anadan olmuşuq. İndi isə Ulu Öndərin oğlu böyük şəxsiyyət İlham Əliyevin başçılıq etdiyi ölkədə ömür sürür və gələcəyimizi qururuq.

Gələcək həyatımızın ən gözəl şəkildə olması üçün heç bir zaman dəstəyini əsirgəməyən və hər zaman yanımızda olan Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Bakı Slavyan Universiteti

Allahverdiyeva Əfsanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image