image-reklam-veteninfo
image-vuqar-esedovbackend

 Vüqar Əsədov  “Tərəqqi” medalı ilə təltif edildi

image-reklam-veteninfo
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əsədov Vüqar Həsən oğlu “Tərəqqi” medalı ilə təltif olunub  və medalın təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.
Daha sonra A.Vəliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırıb..
Tədbirdə Vüqar Əsədovun dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyət və xidmətlərini qeyd etdikdən sonra cənab Adil Vəliyev, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Tərəqqi” medalını V.Əsədova təqdim olunub.
image-9b206e69ffa53f4217f804280b3ab9ae
Təqdimat mərasimində iştirakçılar təltif olunan V.Əsədovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, Əsədov Vüqar Həsən oğlu 28 noyabr 1965-ci il tarixdə Naxçıvan MR, Şərur rayon Qıvraq kəndində olub.
1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb.. Elə həmin ildən əmək fəaliyyətinə Maşınqayırma zavodunda başlayıb və müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən Bakı şəhəri, Sabunçu rayon Zabrat bələdiyyəsinin üzvü seçilib.
2003-cü il 18 iyul tarixdən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müxtəlif   qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində müavin və nümayəndə vəzifələrində çalışıb. 16 mart 2021-ci ildən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.
Hazırda  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmaqla 22 il 3 ay dövlət qulluğu stajına malikdir.
1993-cü il mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I Qurultayında siyasi şuranın üzvü seçilmişdir.
Vüqar Əsədov dövlətə və Prezidentə sadiq olmaqla, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirir. Özünün etik davranışı və peşəkar fəaliyyəti ilə hər kəsin inamını artırmağı və möhkəmləndirməyi, ölkəsinin, çalışdığı dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyi, öz adını və şərəfini uca tutmağı yüksək səviyyədə bacarır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki