image-91f18db8-d735-46e2-a03c-9d3bf3af38b0backend

Xalq-iqtidar birliyi

image-reklam_sirab_01

 

 

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan 2020ci ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.

Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib.

Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılmışdı və bu ordunun gücü döyüş meydanında görünürdü.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi.

Böyük türk yazıçısı Çingiz Aytmatovun vaxtilə dediyi “İlham Əliyev XXI əsrin lider etalonudur!” həqiqəti tarixdə öz yerini tutdu. Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik Şurasındakı məntiqli parlaq diplomatik çıxışı, müharibənin ilk həftəsində şanlı döyüşlər kontekstində məşhur “Əl-Cəzirə” telekanalına verdiyi geniş müsahibə ən yeni tariximizin ideoloji əsasları idi. Azərbaycan təkcə silahla yox, həm də RUHLA və SÖZLƏ müharibə aparır.

Bütün bölgələrdən ordumuza dəstək gəlirdi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevininirdi. Biz bütün bölgələrimizdə bunu görürdük.

Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkə və nə qədər gözəl xalqdır.

Azərbaycan xalqının öz liderinə olan inam, etimad və sədaqəti də elə Prezidentin xalqa olan münasibətinə bərabərdir.

Mən xüsusi vurğulamaq istəyirem ki, dövlətin irili-xırdalı bütün uğurlarının təməlində iki böyük amil dayanır: mükəmməl idarəetmə və xalqın dövlətə dəstəyi. Biz xoşbəxtik ki, ölkəmizdə bu amillərin hər ikisi inamlı və güclüdür.

Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.

 

Özləm Əliyeva

Baki Musiqi Akademiyasi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki