image-reklam-veteninfo
image-1646746005_untitled-1backend

XDMX-nin yüksək rütbəli zabiti qəfildən vəfat etdi – FOTO

image-reklam-veteninfo
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşı qəfildən dünyasını dəyişib.
Polkovnik-leytenant Mübariz Vəliyev dünən axşam saatlarında ürək tutmasından vəfat edib.
1970-ci il təvəllüdlü M.Vəliyev çalışdığı sahədə böyük xidmətləri olan zabitlərdən hesab olunub.
O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.
Mərhum bu gün dəfn olunub.//Bakupost.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki