image-5backend

Xeyirxah əməllər unudulmur

image-reklam_sirab_01

Hacı Zeynalabdin Tağıyevin xeyirxah əməlləri illər keçsə də, unudulmur, hər zaman xatırlanır. Bu da səbəbsiz deyil. Öz adını belə yaza bilməyən bir insan xalqının yolunda bu qədər xeyirxah əməlləri ilə tarixin yaddaşında silinməz izlər qoymuşdur…

Prezident İlham Əliyev 2020-ci il  martın 11-də “Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalamışdır. Azərbaycanda neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində onun abidəsinin ucaldılması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq taşırıqlar vermişdir.

Milli mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu parlaq sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli elitasının yetişməsində təmənnasız xidmətlərinin yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır.

Dövlət başçısı yanvarın 18-də 2022-ci il tarixində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılan abidəsinin açılışında iştirak edib. Abidənin ucaldılması üçün yer seçimindən danışan dövlət başçısı bildirib ki: “Mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir”.

Prezidentin qeyd etdiyi kimi çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd edilməlidir. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Müsəlman aləmində ilk dünyəvi məktəb də məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin təşəbbüsü və vəsaiti ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur.

Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.

 Aynur Xəlilova  – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki