Xorvatiya Rusiyadan ölkə paytaxtı Zaqrebdəki səfirliyinin 18 diplomatının və 6 inzibati əməkdaşının ixisarını tələb edib.
Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi Xorvatiyanın tələbinə uyğun cavab verəcəyini qeyd edib.