image-1jbackend

Yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

image-reklam_sirab_01

Azərbaycanın rayonlarında İyulun 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək bəzi yerlərdə arabir yağış

yağacağı, şimşək çaxacağı gözlənilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi

Zəngəzur yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki