image-cf8e3219-7e6b-4371-8090-b1a4edfb1cffbackend

YOLUMUZ HAQQ YOLUDUR

image-reklam_sirab_01

 

 

 

Mən sözümə Möhtərəm Cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəmizdən sonra bir çıxışından nümunə ilə başlamaq istəyirəm: “Müqəddəs Məkkə ziyarətində mən Allahdan xahiş etdim ki, mənə güc versin, torpaqlarımızı işğaldan azad edim…”

Bu səmimi etiraf siravi bir insanın deyil, qətiyyətli ölkə başçısının, Ali Baş Komandanın etirafi idi.

Bəli, hər bir işdə, hər çətin məqamda içimizdəki imana söykənərək, Uca Yaradandan, Böyük Allahdan güc istəmək hər çətinliyi aşmağa, hər qaranlığa qalib gəlməyə bizə kömək edər və etdi də. Çünki yolumuz Haqq yoludur.

Cənab Ali Baş Komandanımız dönə-dönə vurğulayır ki: “Bizim heç kəsin torpağında gözümüz yoxdur. Biz öz ata-baba torpaqlarımızı azad etdik”. Allahdan, haqq işimizdən güc alan “Dəmir Yumruq”la.

Aprelin 29-da ADA Universitetində Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin” Cənubi Qafqaz:İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransdakı çox parlaq və dolğun çıxışını ailəmizlə birlikdə izlədik. Həmişə olduğu kimi bu dəfə də Möhtərəm Cənab Prezident konfrans iştirakçılarını, xarici qonaqları heyrətə saldı: üç saat, heç bir qeydə baxmadan, ətraflı, dolğun və məntiqli çıxışı hələ uzun müddət yaddaşlarda qalacaq.

Öz çıxışında Möhtərəm Cənab Prezident torpaqlarımızın 30 il ərzində erməni vandalları tərəfindən dağıdılmasından tutmuş Minsk qrupunun “fəaliyyətsiz fəaliyyətinə” qədər, Ukrayna-Rusiya münaqişəsinə, işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və quruculuq işlərinə, bərpa-quruculuq işlərində xarici dövlətlərlə əməkdaşlığa qədər çoxsahəli və çoxşaxəli məsələlərə toxundu.

Bir neçə il bundan qabaq Möhtərəm Cənab Prezident Türkiyədə mötəbər tədbirlərin birində çıxışında demişdi: Türkiyə bu gün dünyanın xəritəsini dəyişə bilən bir ölkədir.

Bu gün biz də böyük fəxrlə deyə bilərik ki, Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan dünya siyasətində öz sözünü demiş, öz dəsti-xəttini qoymuş, regionda önəmli ölkədir.

Həm 44 günlük müharibəmizdə, həm də müharibədən sonrakı dövrdə biz bunu sübut etdik.

“Şuşa Bəyannaməsi imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik” İlham Əliyev.

Bu, müstəqilliyimizin, qalibiyyətimizin ən parlaq nümunəsidir.

Yenidən Möhtərəm Cənab Prezidentin çıxışından statlar gətirmək istəyirəm: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan höküməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib… Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq…” İlham Əliyev 29 aprel 2022-ci il.

“Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”. İlham Əliyev, 29 aprel 2022-ci il.

“Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər ilk növbədə separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamalıdırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar… İlham Əliyev, 29 aprel, 2022-ci il.

“Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin Ermənistan bu bölgədə təcrid edilmiş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar. Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər”. İlham Əliyev, 29 aprel 2022-ci il.

Bir qonşunun öz qonşusuna verdiyi bundan yaxşı məsləhət ola bilməz, amma bu məsləhəti dəyərləndirməyə ağıl lazımdır, qisasçılıq yox.

“Zəngəzur dəhlizi” adlandırılan dəhliz Ermənistan ərazisindən keçəcək…, dəmiryolu bu ilin sonuna kimi hazır olacaq. Ermənistan bu prosesdə iştirak etməsə, onda ondan dolayı yollarla keçəcəyik”. İlham Əliyev, 29 aprel 2022-ci il.

“Qədim Zəngəzurda doğulmuş digər yurdhəsrətlilər kimi, mən də istəyirəm ki, bu dəmiryolu indi Ermənistan adlanan qədim Zəngəzurdan keçsin və biz öz doğma yurdlarımızı ziyarət edək: Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Qubadlı sakinləri kimi…

İnanıram ki, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində bu, tezliklə baş tutacaq.

 

 

 

Nəsimi rayonu 54 N-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi

Hüseyinova Rəfiqə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki