image-6c1b9d8f-5310-3ce5-9171-acd80e633f6f_850backend

Zaqatalada yol polisi reyd keçirib, 35 sürücü cərimələnib

image-reklam_sirab_01

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə reydlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Veteninfo.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.

Ümumilikdə keçirilən tədbirlər zamanı standartlara cavab verməyən 35 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.
image-95fcdcb5-e376-3347-a6bd-42c2847cff82 image-1d8a3991-e53b-36ff-aa18-05d7a53e8824 image-2feb87e8-dee6-3493-9fa3-29d319cedf04 image-d3be9e90-c714-3c18-9cd9-14f4e6c01f4f-kopiya-kopiya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki