image-photo-2022-03-25-17-13-44backend

Ziyalı sözü

image-reklam_sirab_01

Möhtərəm cənab prezidentimiz İ.Əliyevin Bolqaristanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə 17 mart tarixli görüşündə çıxışı ilə  əlaqədar mən də bir ziyalı kimi öz münasibətimi bildirmək istəyirəm. Həyat və məişətimizin, iqtisadiyyatımızın bütün sahələrinə olduğu kimi, idmana, onun inkişafina xüsusi diqqət ayıran ölkə başçımız həmin çıxışında bir sıra əsas və vacib məqamlara toxundu.

“Bolqaristanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar” (İ.Əliyev)

“Avropada 1-ci olmaq böyük nailiyyətdir. Ölkənin dövlət himni 7 dəfə səsləndirildi. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladılar” (İ.Əliyev)

“Yarışda iştirak eden 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir” (İ.Əliyev)

Mən gənc nəslin təlim-tərbiyəsində əməyi olan vətənpərvər bir ziyalı kimi müntəzəm olaraq tədris prosesində ölkə başçımızın öz çıxışlarında vurğuladığı məqamları şagirdlərimin diqqətinə çatdırıram ki, böyüyən gənc nəsil də ölkəmizdə gedən inkişaf proseslərindən geri qalmasın, bu proseslərin fəal iştirakçıları olsunlar.

Şəxsi təcrübəmdən bir məqamı qeyd etmək istəyirəm:

Ölkə başçımızın ad günü ərəfəsində Azərbaycan dili dərsində 5-ci sinifdə şagirdlərə belə bir tapşırıq verdim, dedim ki, gəlin Prezidentimizə təşəkkür məktubu yazaq. Yazılardan biri mövzumuzla bağlı olduğu üçün olduğu kimi diqqətinizə çatdırıram:

“Cənab Ali Baş Komandan!

Sizi doğum gününüz münasibətilə təbrik edirəm. 100 yaşayın.

Sizin Paşinyan ilə görüşlərinizin hamısına baxmışam. Paşinyan həmişə sizinlə görüşdə narahat olur.

Sizin həm də “Qarabağ FK” ilə görüşünüzə də baxmışam. Mən futbolçuyam, hal-hazırda “STAR FK”da oynayıram.

Sizə uzun ömür, can sağlığı diləyirəm.Sağ olun  Şükürlü Əlibarat

 

Bu qısa yazıda balaca bir uşağın, 5-ci sinif şagirdinin həyəcanını duymaq olur. Ölkə başçısının idmana olan qayğısından ürəklənərək özünü təqdim edir, futbolçu olduğunu, hansı klubda oynadığını da deyir. Yazını yazib qurtarandan sonra onun üzündəki sevinci görmək bir müəllim üçün xoşdur.

Bu məqamda yenə də ölkə başçımızın çıxışına istinad etmək istəyirəm:

“Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır”. “Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır”. “Bu günün idmançıları Beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir” (İ.Əliyev)

Bəli, qalib xalqın nümayəndələri hər işini, hər fəaliyyətini xalqının, ölkəsinin inkişafına, dünyada ləyaqətlə təmsil olunmasına yönəltməli, bu sahədə var qüvvəsilə çalışmalıdır.

 

 

Hüseyinova Rəfiqə

Nəsimi rayonu 54 N-li məktəb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image