Vətəninfo.az xəbər verir ki, bu gün “Vətəninfo.az” İnformasiya Agentliyin rəhbəri, 1-ci Qarabağ müharibəsində 16 yaşında yaralanaraq qazi olan Nahid Canbaxışlı Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovla görüşüb.
Görüşdə Nizami rayon İH-nin başçısı Coşqun Cəbrayılova Nizami rayon ərazisində yaşayan birinci və ikinci Qarabağ müharibəsi zamanı canlarından keçərək şəhid olan Vətən övladlarının ailələrinə, eyni zamanda qazilərə göstərilən diqqət və qayğı ilə bağlı fikir mübadiləsi ediblər.
İH-nin başçısı bildirib ki, Nizami rayonunda bu günə kimi şəhid ailələri və qazilər daim diqqət mərkəzində olublar.
Görüşdə Nahid Canbaxışlı bildirib ki, Nizami rayon İH-nin rəhbərliyi,ümumilikdə rayonun bütün dövlət orqanları şəhid ailələrinə və qazilərə göstərmiş olduqları münasibətə görə nümunəvi rayonlar sırasındadır. 1-ci Qarabağ müharibəsi qazisi vurğulayıb ki,o 1998-2000-ci illərdə Nizami rayonun sakini olub və hər zaman bu rayonda şəhid ailələrinə və qazilərə böyük hörmət göstərilib: “Bu gün mənim sizinlə görüşməyimin məqsədi bor daha şəhid ailələrimizə,qazilərimizə göstərmiş olduğunuz diqqətlə bağlıdı. Mən hər zaman Nizami rayon şəhid ailələri və qazilərə göstərilən münasibətlə maraqlanıram. Həm qazi qardaşlarımdan,eyni zamanda şəhod ailələri ilə söhbətlərimdə bu müsbət münasibət diqqətə çatdırılır.Biz qazilər hər zaman dövlətimizin isti münasibətin hiss etmişik”.
Görüşün sonunda xatirə fotosu da çəkilib.