Azərbaycan ali məktəblərə tələbə qəbulunda ən liberal ölkələrdəndir.
Vətəninfo.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbazadə deyib.
O bildirib ki, artıq 150-200 bal toplayan şəxslər də universitetə qəbul ola bilir.
“Yerlər kifayət qədər çoxdur və ixtisasların keçid balları 200 baldır, bəzi ixtisaslarda isə bu bal 150 bala qədər endirilib”, – sədr vurğulayıb.
Məleykə Abbazadə əlavə edib ki, keçid balları imtahan nəticələrindən asılıdır.
“Müsabiqəyə buraxılma şərtləri hüquqi-normativ sənədlərdə öz əksini tapıb və uzun illərdir ki bu qaydalar dəyişmir. 150 baldan yuxarı bal toplayan şəxslər müsabiqədə iştirak edə bilər, amma bu o demək deyil ki, onlar mütləq hansısa ixtisasa qəbul olacaqlar. Müsabiqə balları imtahanda iştirak edən şəxsləri balından və o ixisasa ayrılan yerlərdən asılıdır”, – DİM sədri “Real TV”tə açıqlamasında qeyd edib.