Barometr TV-nin qaynar xəttinə bu dəfə Ceyhun Hacıbəyli küçəsi və Təbriz küçəsinin kəsişməsində yerləşən pilot layihə çərçivəsində evləri sökülmüş sakinlər tərəfindən şikayət daxil olub. Sakinlərin sözlərinə görə, artıq 9 ilə yaxındır ki, yeni mənzillərini gözləyirlər. Onlar bildirirlər ki, bəzi binalarda tikinti və təmir işləri yarımçıq qalıb, digər ərazilərdə isə ümumiyyətlə tikinti işləri dayanıb. Şikayətçilər qeyd edirlər ki, kirayə ödənişi də dayandırılıb və yüzlərlə ailə çətin vəziyyətdə qalıb. Onların iddiasına görə, layihədə iştirak edən şirkətlər və tərəfdaşlar məsuliyyəti bir-birinin üzərinə atırlar. Məsələ ilə bağlı tikinti şirkəti və adı hallanan şəxslərdən münasibət öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qalıb və müraciətlərimizə reaksiya verilməyib.


























