image-2backend

2370 müəllimin maaş artımı RƏSMİLƏŞDİ

image-reklam_sirab_01

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabrda təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən 2 370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.

Xatırladaq ki, sertifikasiya imtahanından 30-50 arası bal toplayan müəllimlərin maaşı 10 faiz, 51-60 bal toplayanların maaşı isə 35 faiz artırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki