image-1679031208_17625backend

51 şəhər və rayon dövlətdən dotasiya ALMAYIB

image-reklam_sirab_01

2022-ci ildə respublikanın 65 rayon və şəhərlərindən 51-i dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

2022-ci ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 32,1 mln. manat maliyyə yardımı (dotasi-ya) ayrılıb. 2022-ci ildə dövlət büdcəsinin yerli xərclərinin icrası 1070,1 mln. manat proqnoza qarşı 1013,5 mln. manat və ya 94,7% təşkil edib. 2022-ci ildə dövlət büdcəsindən bələdiyyələrə 5,3 mln. manat dotasiya və 1,3 mln. manat subvensiya verilib. 2022-ci ildə dövlət büdcəsinin kəsiri 3106,0 mln. manat proqnoza qarşı faktiki olaraq 1383,5 mln. manat təşkil etməklə proqnozdan 1722,5 mln. manat və ya 55,5% az olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki