image-reklam-veteninfo
image-1backend

ABŞ bu barədə məlumat verənə 3 milyon dollara qədər mükafat vəd etdi

image-reklam-veteninfo

ABŞ Dövlət Departamenti İraqdakı Amerika diplomatik obyektlərinə edilən hücumlar barədə məlumat verən şəxsləri 3 milyon dollara qədər mükafatlandırmağa hazır olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, müvafiq bəyanat Dövlət Departamentinin saytında yerləşdirilib.”İraqdakı ABŞ diplomatik obyektlərinə hücumlara səbəb olan məlumata görə 3 milyon dollara qədər mükafat təklif olunur. Əgər müvafiq məlumatınız varsa, xahiş edirik bizimlə əlaqə saxlayın”, – deyə açıqlamada bildirilir.

Departament qeyd edib ki, Bağdaddakı ABŞ səfirliyinə, Ərbildəki konsulluğa və digər diplomatik obyektlərə keçmişdə hücumlar edilib. Mükafat əvvəlki hücumların araşdırılmasına kömək etmək və gələcək hücumların qarşısını almaq üçün nəzərdə tutulub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki