ABŞ Dövlət Departamenti “Ədalət üçün Mükafat” proqramı çərçivəsində Kətaib Seyid əş-Şuhada qruplaşmasının liderinin axtarışa verildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bəyanatda deyilir ki, Haşim Rəhim əl-Səraci üzvlərinin “İraq vətəndaşlarını öldürdüyü və İraqdakı ABŞ diplomatik obyektlərinə hücumlar həyata keçirdiyi” qrupa rəhbərlik edir. Onun tapılması üçün isə 10 milyon dollar mükafat təyin edilib.
Kətaib Seyid əş-Şuhadanın İraq və Suriyadakı ABŞ hərbi bazalarına və qüvvələrinə hücumlarda iştirak etdiyi də qeyd olunur.
İraqda İran tərəfindən dəstəklənən bir neçə yaraqlıfəaliyyət göstərir və 2014-cü ildə Mosulun süqutundan sonra İŞİD-ə qarşı döyüşən könüllü dəstələri təşkil etmək üçün yaradılan Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) bir hissəsidir.


























