image-flipbackend

ABŞ-ın Filip Rikeri yeni həmsədir təyin etməsi mənasızdır-MİLLƏT VƏKİLİ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 30 il Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətin aradan qaldıra bilməyən, BMT-nin qəbul etdiyi qətnamələrin icrasın həyata keçirə bilməyən ATƏT-in Minsk qrupu, 44 günlük ikinci Qarabağ Vətən müharibəsinin ardından fəaliyyətsizliyini qəbul etmək yerinə, ranimasiyadan qalxmağa cəht etməkdədirlər.

Elə bunun bariz nümunəsi ABŞ-nın  Filip Rikeri ATƏT-in ranimasiyada olan Minsk qrupuna yeni həmsədr təyin etməsin göstərmək olar.

Filip Rikeri  2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər o, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edirdi. Diplomatik fəaliyyəti dövründə Almaniya və İtaliyada işləyib, 2008-2011-ci illərdə ABŞ-ın Şimali Makedoniyadakı səfiri olub.

Bu təyinata qədər səfir isə Filip Riker ABŞ-ın Böyük Britaniyadakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildiirb ki, səfir Filip Rikeri eyni zamanda Qafqaz məsələləri üzrə danışıqlarda əsas müşavir təyin edib. Bu vəzifədə Riker həm də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri funksiyalarını yerinə yetirəcək və Cenevrədə beynəlxalq danışıqlarda ABŞ nümayəndə heyətinin baş danışıqçısı kimi çıxış edəcək.

Ölkəsinin səfirinin Azərbaycan dövlətinin Şuşada  diplomatik korpusların nümayəndələrinin iştirakı ilə keçirilən konfransda iştirak etməməsin ayıb hesab etməyənlərin kimi hara və hansı vəzifəyə təyin etməsi bizim üçün elə də maraq kəsb etmir.

Xüsusilə də ranimasiyada olan,fəaliyyəti bir şeyə yaramayan ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz bir qurum ola.

Milli Məclisin üzvü Məşhur Məmmədov  ABŞ-nın  Filip Rikeri ATƏT-in ranimasiyada olan Minsk qrupuna yeni həmsədr təyin etməsi ilə bağlı bildiirb ki, rəsmi Vaşinqton  30 il müddətində Minsk qrupunda özünün ikili siyasətini açıq-aydın göstərib: ” Bu münasibət ondan xəbər verir ki, Amerika regionda varlığını saxlamaq,regional məsələlərdə “mən də varm” düşüncəsinin təzahürüdür. Azərbaycan ABŞ-ın Əfqanıstanda da və İraqda sülhməramlı addımlarına öz yanaşmasın, sülhməramlı qüvvələrin tərkibində fəaliyyəti ilə göstərib. Beynəlxalq enerji təhlükəsizliyi məsələsində rəsmi Bakının mövqei açıq-aydın ortadadır. Ancaq ABŞ və ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələr beynəlxalq hüququn qaydalarını, ölkələrin ərazi bütövlüyü məsələsini, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə bu günə kimi bir dəfə belə normal təyziq mexanizimlərin tədbiq etmədilər. Azərbaycan 30 il gözlədi və ATƏT-in şəriştəsiz,fəaliyyətsiz Minsk qrupunun,eyni zamanda beynəlxalq təşkilatların edə bilmədiyi  formanı seçərək,məcburən müharibə yolu ilə işğalda olan torpaqlarını azad etmiş oldu. Artıq Azərbaycan üçün Minsk qrupu yoxdu.Onu diritmək,ranimasiyadan qaldırmaq faydasızdır. Rəsmi Vaşinqtonda özlərini ağıllı hesab edənlər düşünürlərsə ki, hansısa cəhtləri nəticə verəcək,burda yanılırlar. Azərbaycan Minisk qrupu olmadan da  öz ərazilərin azad edib, Ermənistanla da yaxın gələcəkdə ikitərəfli sülh sazişin imzalayaraq, ölkərənin ərazi bütövlüyünə hörmət,regional siyasi-iqtisadi inkişafa nail olma yolunda öz siyasətin aparacaq.Ona görə də ABŞ A Filip Rikeri və yaxut da digər bir diplomatını hara təyin etməsi bir o qədər önəmli deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki