Reuters agentliyinin məlumatına görə , ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli iyirmidən çox şəxsə, şirkətə və gəmiyə qarşı sanksiyalar tətbiq edib .
Vətəninfo.az xəbər verir ki, sanksiyalar İranın təhlükəsizlik və nüvə siyasətində əsas fiqurlardan biri olan Əli Şamxaninin oğlu, İranın neft maqnatı Məhəmməd Hüseyn Şamxaninin şəbəkəsini hədəf alır. Şamxani fevralın 28-də ABŞ-İsrail hücumları zamanı öldürülüb.
ABŞ Maliyyə Nazirliyi həmçinin Hizbullahı maliyyələşdirməkdə ittiham olunan İran vətəndaşı Seyid Naimei Bədruddin Musəviyə və Venesuela qızılı müqabilində İran neftinin satışı ilə əlaqəli üç şirkətə qarşı sanksiyalar tətbiq edib.


























