image-reklam-veteninfo
image-1backend

ABŞ İrana qarşı əməliyyat zamanı  hücum dronlarının təxminən 20 faizini itirib- Bloomberg

image-reklam-veteninfo

ABŞ qoşunları İrana qarşı döyüş əməliyyatları zamanı iyirmidən çox bahalı MQ-9 Reaper ağır kəşfiyyat dronu itirib.

Vətəninfo.az xəbər verir ki, itkilər Pentaqonun müharibədən əvvəlki PUA-ların arsenalının təxminən 20 faizini təşkil edir. Ümumi zərər təxminən 1 milyard dollar qiymətləndirilir.

Mənbələr qeyd edib ki, PUA-ların əksəriyyəti İran hava müdafiəsi tərəfindən vurulub, digərləri isə Amerika obyektlərinə raket zərbələri zamanı quruda məhv edilib və ya tapşırıqların yerinə yetirilməsi zamanı baş verən qəzalar nəticəsində məhv edilib.

ABŞ Konqres İnformasiya Xidmətinin hesabatına görə, İrana qarşı hərbi kampaniya zamanı Amerika ordusu ən azı 42 uçuş qurğusunu, o cümlədən döyüş təyyarələri, ATS və yanacaq doldurma təyyarələrini itirib. Ümumi zərər təxminən 2.6 milyard dollar olaraq qiymətləndirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki