ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli qurumlara qarşı yönəlmiş yeni sanksiyalar paketini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, məhdudiyyətlərə “Nobitex” kriptovalyuta birjası ilə əlaqədə şübhəli bilinən dörd İran vətəndaşı daxil edilib: Məhəmməd Ağamir, Məhəmmədəli Ağamir, Əli Xoyi və Əmirhüseyn Rad. Eləcə də sanksiya siyahısına İranın dörd kripto şirkəti əlavə olunub: “Nobitex”, “Bitpin”, “Ramzinex” və “Wallex”. Bundan əlavə, siyahıya Konqo Demokratik Respublikasının iki vətəndaşı da salınıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu tədbirlər İrana qarşı sanksiyalardan yan keçmək üçün istifadə olunduğu iddia edilən maliyyə və rəqəmsal kanallara təzyiqi gücləndirmək məqsədi daşıyır.


























