ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurası tərəfindən KXDR-yə qarşı əlavə sanksiyaların tətbiqinə nail olmaq niyyətindədir.
Bu barədə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild brifinq zamanı deyib.
“Biz, əlbəttə ki, yeni sanksiyaların tətbiqinə nail omağa çalışacağıqİ.l İlk növbədə mövcud sanksiyaları gücləndirməliyik”, – deyə L.Tomas-Qrinfild bildirib.
Daimi nümayəndə qeyd edib ki, ABŞ son qətnamədə də etməyə çalışdığı kimi, əlavə sanksiyaların tətbiqində israrlıdır.
L.Tomas-Qrinfild ABŞ-ın Rusiya Federasiyası və Çinin daha əvvəl veto qoyduğu qətnamə layihəsini nəzərdə tutub.