ABŞ və İran münaqişəyə son qoymaq üçün bir səhifəlik memorandum imzalamağa yaxındırlar. Vətəninfo.az xəbər verir ki,bu barədə “Axios” dərgisi yazır.
Sözügedən sənəddə iddialara görə, İranın uran zənginləşdirilməsinə moratorium qoyulması, sanksiyaların tədricən aradan qaldırılması, dondurulmuş vəsaitlərin sərbəst buraxılması və Hörmüz boğazında məhdudiyyətlərin yumşaldılması nəzərdə tutulur.
“Axios” xəbər verir ki, İranın tərəfində olan Vaşinqton mümkün razılaşmanın əsas məqamlarına 48 saat ərzində cavab verəcək.


























