image-reklam-veteninfo
image-1backend

Ağ Ev: Tramp İranla atəşkəs üçün son tarix müəyyən etməyib

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp İranın razılaşma təklifini təqdim etməsi və ya atəşkəsi dayandırması üçün son tarix müəyyən etməyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlərlə görüşündə bildirib.

“Bu gün gördüyümüz bəzi məlumatlara baxmayaraq, prezident İrandan təklifin alınması üçün konkret bir müddət müəyyən etməyib. Son tarix baş komandan, yəni ABŞ prezidenti tərəfindən müəyyən ediləcək”, – deyə o, məsələ ilə bağlı suala cavab verərkən bildirib.

Daha əvvəl İsrailin Ynet xəbər saytı yerli mənbəyə istinadən iddia etmişdi ki, ABŞ Trampın İranda atəşkəsi yalnız 26 aprelə qədər uzadacağı barədə İsraili məlumatlandırıb.

Fox News-a verdiyi müsahibədə Leavitt həmçinin qeyd edib ki, ABŞ İranla danışıqlarda mövqeyini aydınlaşdırıb, zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edib və hazırda Tehranın cavabını gözləyir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki