RİH başçısı aparatının inzibati binasında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yığıncaq iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra RİH başçısı Seymur Orucov çıxış edərək ağsaqqalların cəmiyyət həyatındakı rolundan, milli-mənəvi dəyərlərin qorunmasına və nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə verdikləri töhfədən danışıb. Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev illik hesabat məruzəsi ilə çıxış edərək bildirilib ki, hesabat dövründə gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər keçirilib, şəhid ailələri və qazilərlə, həmçinin təhsil müəssisələrində tələbə və şagirdlərlə görüşlər təşkil olunub. Şəhərin ictimai həyatına dair bir sıra məsələlərlə bağlı təşəbbüs və təkliflər də irəli sürülüb. Daha sonra çıxış edənlər ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli roludan söz açıb, ölkəmizdə ağsaqqallara göstərilən yüksək diqqətə, ölkəmizin bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərə, höküm sürən ictimai-siyasi sabitlik və əminəmanlığa görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov Ağstafa Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirib, ağsaqqalların ictimai-sosial həyatda mühüm yer tutduğunu vurğulayıb. Digər çıxışlarda da onların ictimai fəallığının artırılmasının əhəmiyyəti qeyd olunub. Sonda Şuraya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.


























