Göycəli kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatının şöbə müdirləri, aidiyyəti təşkilatların məsul şəxsləri iştirak ediblər.
RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzundan, uğurlu daxili və xarici siyasətindən, sürətli sosial-iqtisadi inkişafından, eləcə də döyüş meydanında düşmənin məğlubiyyətindən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, bərpa və yenidənqurma işlərindən, orada təşkil olunan beynəlxalq tədbirlərdən geniş söz açıb.
Səyyar qəbulda sakinlərin təklif və müraciətləri fərdi qaydada qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələnin həlli ilə bağlı ətraflı müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Son dövrldə yaşayış məntəqəsində görülən işlərlə bağlı qeyd olunub ki, 2 ədəd subartezian və 2 ədəd elektrik transformatoru təmir olunaraq əhalinin istifadəsinə verilib, yrarsız elektrik dayaqları yenisi ilə əvəzlənib, kənddaxili yolların təmiri çərçivəsində daha 1,1 km yol cari təmir olunub, sakinlərin əkin sahələrinin suvarma məsələsinin yaxşılaşdırılması məqsədilə 2,8 km uzunluğunda suvarma arxı lildən təmizlənib.