image-img-20230706-wa0087backend

Ağstafa RİH başçısı Seymur Orucov Kolxəlfəli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

image-reklam_sirab_01

Müvafiq qrafikə uyğun olaraq Kolxəlfəli kənd tam orta məktəb binasının akt zalında təşkil olunan qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı, Prezident İlham Əliyevin respublikamızın əminamanlığı, tərəqqisi naminə yürütüdüyü uğurlu daxili və xarici siyasətdən söz açaraq diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar vətəndaş qəbullarının keçirilməsinin əsas məqsədi sakinləri maraqlandıran və narahat edən məsələləri daha ətraflı araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.
Səyyar qəbulda vətəndaşlar tərəfindən irəli sürülən təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələyə dair qanunamüvafiq izahatlar verilib, həlli ilə bağlı ətraflı müzakirələr aparılaraq zəruri tədbirlər müəyyən edilib.

image-img-20230706-wa0092 image-img-20230706-wa0093 image-img-20230706-wa0091 image-img-20230706-wa0089 image-img-20230706-wa0090 image-img-20230706-wa0088 image-img-20230706-wa0087 image-img-20230706-wa0086


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image