Seymur Orucov Ağstafa Suvarma Sistemləri İdarəsinin fəaliyyəti ilə maraqlanıb, məsul şəxslərə su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması və digər bu kimi vacib məsələlər barədə konkret tapşırıqlarını verib.
RİH başçısı qeyd edib ki, suvarma qrafikinə, növbəlik prinsiplərinə, suvarma suyunun əkin sahələrinə ədalətli şəkildə verilməsi məsələlərinə ciddi riayət olunmalıdır.
Müvafiq monitorinqlər aparılmalı və bu qaydaların pozulmasına yol verən cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.