Pentaqon bildirib ki, İranın son eskalasiyası nəticəsində Yaxın Şərqdəki ABŞ hərbi bazalarına nə qədər ziyan dəydiyini hələ dəqiq deyə bilmir. ABŞ müdafiə nazirinin maliyyə üzrə müavini Jules Hurst bildirib ki, “Hələlik dəqiq rəqəmlərimiz yoxdur”.
Sonuncu ətraflı şəkildə bildirib ki, hər şey onların bərpası ilə bağlı qərarın necə veriləcəyindən asılı olacaq. ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin də bu bazaların bərpasında iştirak etməsi mümkündür.


























