image-elnur-abdullayevbackend

“Ararat Mirzoyanın bəyanatı Nikol Paşinyanla razılaşdırmadan səsləndirməsi mümkündür”- Elnur Allahverdiyev

image-reklam_sirab_01

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa ittifaqının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra, Paşinyanın İrəvanda danışıqlar prosesinin “ağır getdiyini” bəyan etməsi ilə yanaşı, eyni zamanda aparılan danışıqların məntiqi sonluğa çatdırılmasında səylər göstərərəcəklərini də qeyd edib.Yəni bu o deməkdir ki, Paşinyan Azərbaycan ilə yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasında maraqlıdır.

 

Milli Məclisin üzvü Elnur Allahverdiyevin fikrincə, Nikol Paşinyan çıxışı zamanı Azərbaycanın irəli sürdüyü beş bəndlik təkliflərlə bağlı hansısa münasibət bildirməsə də, xarici işlər naziri Ararat Mirzoyan fərqli münasibət sərgiləyir.
Millət vəkilinin sözlərinə görə, Mirzoyanın “Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı Ermənistan tərəfinin baxışı dəyişməzdir və 2022-ci il martın 10-da Azərbaycanın irəli sürdüyü təkliflərdə bizim üçün qəbuledilməz heç nə yoxdur”- deməsinə rağmən, yenə də Brussel görüşünün ziddinə gedərək “Bu təkliflər Azərbaycan ilə Ermənistan arasında hərtərəfli sülh gündəliyinin bütün məsələlərini əhatə etmir. Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə cavabımızla gündəliyi tamamladıq və buna görə də, biz sülh danışıqlarının davam etdirilməsinə hazırıq. Bunu Brüsseldə keçirilən son müzakirələr zamanı baş nazir Paşinyan bir daha təsdiqləyib”- deməsi ondan xəbər verir ki, Ermənistan yenə də aparılan danışıqlar prosesin pozmağa səy göstərir: “Ararat Mirzoyanın 44 günlük müharibə ilə 30 illik fəaliyyətinə son qoyulan ATƏT-in Minsk qrupunu gündəmə gətirmə cəhtləri ilə bağlı fikirləri, Paşinyanla razılaşdırılmadan söylənilə bilməz. Amma Ermənistanda mövcud olan siyasətçilərin siyasi davranış və diplomatik dəyərlərə yanaşma münasibətləri fərqli olduğundan, Mirzoyanın bu açıqlamasını baş nazirlə razılaşdırmadan səsləndirilməsi də mümkündür. Bir məsələni qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brussel görüşündən sonra, daha açıq şəkildə bildirdi ki, bir neçə ay içəriisndə Ermənistanla sülh sazişinin hazırlanaraq müzakirəyə çıxaılması qərara alınıb. Eyni zmanda, Cənab Prezident bəyan etdi ki, Ermənistan tərəfi Azərbaycanın beş prinsipi ilə razılaşıb. Brusseldə iki ölkə arasında sülh sazişinin hazırlanması istiqamətində razılıq əldə olunduğu halda Ararat Mirzoyanın belə bir açıqlaması sülh prosesini alt-üst etmək və danışıqlar prosesini uzatmağa xidmət etdiyini düşünməyə vadar edir”.
Elnur Allahverdiyev bildirib ki, istər Brussel görüşü olsun, istərsə də Moskva görüşləri olsun Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər daxilində razılaşmalara məhkumdur: “Bu gün Ermənistanda iqtidarda olan qüvvələr də, müxalifətdə olan qüvvələr də anlamalıdırlar ki, aparılan müzakirələrin səmərəliliyini aşağı salma cəhdləri ilk növbədə Ermənistanı daha da çətin vəziyyətə salır. Ermənistanda hakimiyyətdə kimin və hansı qüvvələrin olmasından asılı olmayaraq, 44 günlük müharibədən sonra əldə olunan üçtərəfli razılaşmaların həyata keçirilməsinə hər hansı bir təsir mexanizimləri yoxdur. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq bəyan edir ki, artıq Minsk qrupu yoxdur. Ermənistan üçtərəfli razılaşmanın hər bir bəndini yerinə yetirməlidir. Belə olan halda Nikol Paşinyan hökumətinin üzvləri, əsasən də ölkənin xarici siyasətinə rəhbərlik edənlər məcburdurlar ki, bəynatlarında ciddiliyə əməl etsinlər”.

Vətəninfo.az İnformasiya şöbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki