image-reklam-veteninfo
image-1677060887_arzuman-teze-1-2backend

Arzuman Muradlı: “Ankara zirvəsi Türk dünyasının qlobal güc mərkəzinə çevrildiyini bir daha sübut edəcək”  

image-reklam-veteninfo

“Oktyabrın 30-da Türkiyənin paytaxtı Ankarada baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü təkcə regional deyil, qlobal miqyasda diqqət mərkəzində olan tarixi hadisədir. Bu fikir gəlişməsi onu göstərir ki, türk dövlətləri arasındakı inteqrasiya prosesi artıq keyfiyyətcə yeni mərhələyə – geridönməz və dayanıqlı inkişaf dönəminə qədəm qoyub”.

Bu fikirləri siyasi icmalçı Arzuman Muradlı Vətəninfo.az saytına açıqlamasında bildirib.

Arzuman Muradlı qeyd edib ki, son illərdə Türk Dövlətləri Təşkilatı sadəcə mədəni-humanitar əməkdaşlıq platformasından çıxaraq real gücə, iqtisadi və siyasi aktora çevrilib: “Bu gün qlobal miqyasda baş verən mürəkkəb geosiyasi proseslər, təhlükəsizlik çağırışları və iqtisadi böhranlar fonunda türk dövlətlərinin bir çətir altında birləşməsi zərurətə çevrilmişdi. Ankara zirvəsi bu birliyin nə qədər monolit olduğunu bir daha nümayiş etdirəcək. Təşkilatın ticarət, nəqliyyat-logistika, yaşıl enerji və rəqəmsal transformasiya istiqamətlərində əldə etdiyi nailiyyətlər onun gələcəyə yönəlmiş strateji baxışının nəticəsidir”.

Siyasi icmalşı vurğulayıb ki, Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının güclənməsini və inteqrasiyanın dərinləşməsini xarici siyasətinin əsas prioritetlərindən biri hesab edib: “Ölkəmiz təşkilat daxilində əlaqələrin intensivləşməsinə, iqtisadi layihələrin reallaşmasına və Türk dünyasının coğrafi bütövlüyünün təmin olunmasına mühüm töhfələr verib. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar və reallaşdırılan qlobal nəqliyyat layihələri bütün Türk dünyasını birləşdirən əsas arteriya rolunu oynayır. Bakı həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda türk dövlətləri arasındakı həmrəyliyin əsas lokomotivlərindən biridir”.

Arzuman Muradlının sözlərinə görə, Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Birliyinin qarşısında duran hədəflərlə bağlı mövqeyi hər zaman qətiyyəti, uzaqgörənliyi və konkretliyi ilə seçilib:

“Dövlət başçımızın dəfələrlə bəyan etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır və başqa bir ailəmiz yoxdur. Azərbaycan liderinin hədəfləri çox dəqiqdir”

Arzuman Muradlı bildirib ki,  Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir.

” Türk Yatırım Fondu vasitəsilə iqtisadi əlaqələrin daha da dərindən inteqrasiyası, Türk diasporlarının birgə fəaliyyət mexanizmlərinin qurulması, gənc nəslin ortaq dəyərlər əsasında tərbiyə olunması və elm-təhsil sahəsində vahid platformaların və sarə, Ankara zirvəsi cənab İlham Əliyevin bu strategiyasının praktiki müstəvidə reallaşması və türk birliyinin gələcək xəritəsinin cızılması baxımından mühüm dönüş nöqtəsi olacaqdır. İnanıram ki, bu toplantı qardaş ölkələr arasındakı bağları daha da polad kimi möhkəmləndirəcək”.– deyə Arzuman Muradlı bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki