image-asotbackend

Aşot Bleyan: Mən heç vaxt Ermənistanı qalib hesab etməmişəm.

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bu fikirləri  1992-ci ildə Levon Ter-Petrosyanın hakimiyyəti illərində maarifləndirmə naziri vəzifəsini tutmuş, Aşot Bleyan bildirib.

Bleyanın  Ermənistanın başına gələnlərdən birbaşa özlərinin məsul olduğunu deməsi,erməni mediası tərəfindən birmənalı qarşılanmayıb. erməni mediası onu  az qala Bakının adamı olaraq da təqdim etmədən çəkinməyiblər.

Bleyan bəyan edib ki, 1992-94-cü illərdə baş verənlər Ermənistan üçün qələbədən daha çox qalib illüziyası idi: “Məsələn, mən bir siyasətçi kimi vəziyyətimizi bilirdim. Mən heç vaxt Ermənistanı qalib hesab etməmişəm, üstəlik, təhlükələri də göstərmişəm. Mən həmişə öz fikirlərimi bildirmişəm”. Sabiq nazir  açıqlamasında üstüörtülü şəkildə həm erməni diasporasını,eyni zamanda Rusiyanı da hədəf alıb. O bildirib ki, regionda  belə bir konfilikti  diaspora və Rusiya yaradıb: ” Müstəqil Ermənistan sovet respublikalarından biri idi. 1991-ci il sentyabrın 21-də biz müstəqillik referendumu ilə Ermənistanı müstəqil dövlət elan etdik. Qazanmaq dinc yanaşı yaşamaq deməkdir. Bu, Azərbaycan, Türkiyə, Gürcüstan və İranla dinc yanaşı yaşamaq deməkdir. Biz SSRİ-də məlum səbəblərdən belə problemlərlə üzləşməmişik, lakin müstəqillik əldə etdikdən sonra onların hamısı ilə qarşılaşırıq. Belə problemlər ölümcül olur, niyə faciəli olmasın?”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki