image-atanbayevbackend

“Atambayevi məhkəmənin qərarından sonra azadlığa buraxacam”-QIRĞIZISTAN PREZİDNETİ

image-reklam_sirab_01

Qırğızıstan prezidenti Sadır Japarov keçmiş dövlət başçısı Almazbek Atambayevin məhkəmə prosesi başa çatdıqdan sonra həbsdən azad oluna biləcəyini istisna etməyib.

Vətəninfo.az Qırğızıstan xəbər agentliyinə istinadən xəbər verir ki, Laparov bildiirb ki,məhkəmələr bitənə qədər o müdaxilə edə bilməz: “İndi onu azad etmək səlahiyyətim yoxdur, yalnız Koi-Taş hadisələri ilə bağlı məhkəmə prosesi başa çatdıqdan sonra mənim belə bir imkanım olacaq”.

 

Onun sözlərinə görə, o, bu yaxınlarda Atambayevin oğullarını qəbul edib və izah edib ki, “məhkəmələr başa çatdıqdan sonra mənim belə imkanım olacaq”.

Japarov qeyd edib ki, ölkə hakimiyyəti 2010-cu ilin iyun hadisələrinin məhkəmə prosesinə müdaxilə etmək niyyətində deyil.

 

Qeyd edək ki, Atambayev 2011-2017-ci illərdə Qırğızıstan prezidenti olub və 2019-cu ilin iyununda toxunulmazlığından məhrum edilib. Onun barəsində bir neçə cinayət işi, o cümlədən 2019-cu il avqustun 7-8-də Koi-Taş kəndində baş vermiş iğtişaşlar, korrupsiya və çirkli pulların yuyulması, Türkiyə vətəndaşlarına qanunsuz pasportların verilməsi ilə bağlı cinayət işi başlanıb.

2020-ci il iyunun 23-də Bişkekin Pervomayski rayon məhkəməsi Atambayevi 2013-cü ildə kriminal rəhbəri Əziz Batukaevin qanunsuz azadlığa buraxılması işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

 

2022-ci il iyunun 16-da Atambayevə Bişkekdəki Kalış-Ordo yaşayış massivində məktəb tikintisi və Türkiyə vətəndaşlarına qanunsuz pasport verilməsi ilə bağlı cinayət işlərinə görə bəraət hökmü çıxarılıb. O, Qırğızıstan Cinayət Məcəlləsinin “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Korrupsiya” maddələri ilə cinayət törətməkdə təqsirli bilinməyib.

 

2022-ci il iyunun 28-də Bişkekin Pervomayski rayon məhkəməsi 2020-ci ilin oktyabrında kütləvi iğtişaşların təşkili ilə bağlı iş üzrə Atambaevə cinayət tərkibi olmadığına görə bəraət verib.

 

2021-ci ildə Qırğızıstan prezidentinin tapşırığı ilə 2010-cu ilin iyununda Qırğızıstanın cənubunda baş verən hadisələrlə bağlı araşdırma bərpa edilib. Müvəqqəti hökumətin beş keçmiş üzvü ölkə Cinayət Məcəlləsinin “Vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham olunub. Onların arasında 2010-cu ildə müvəqqəti hökumətin sədr müavini vəzifəsində çalışmış Atambayev də var.

 

2010-cu il iyunun 10-15-də Qırğızıstanın cənubundakı Oş və Cəlal-Abad vilayətlərində qırğızlarla özbəklər arasında toqquşmalar baş verib, bu toqquşmalar zamanı rəsmi məlumatlara görə, 442 nəfər həlak olub, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarət alıb. Bəzi KİV-lər 2 mindən çox insanın öldüyünü, 20-dən çox adamın hələ də itkin düşdüyünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki