Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 950 ABŞ dollarından aşağı düşüb.
26 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) iyun fyuçerslərinin qiyməti 940 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,5% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.