“Axios” nəşri yazıb ki, ABŞ administrasiyası Kubaya qarşı mövqeyini sərtləşdirir və bu həftənin əvvəlində Havananı yenidən “terrorçuluğun dövlət sponsoru” kimi dəyərləndirərək yeni sanksiyalar tətbiq edə bilər.
Bildirilib ki, ABŞ rəsmiləri Kubanın “dron müharibəsi” ssenarilərini nəzərdən keçirdiyini açıqlayıb. Vaşinqton xüsusilə Kubanın Rusiya və İranla əlaqələrindən, eləcə də Kuba qüvvələrinin Ukraynadakı müharibədə mümkün iştirakından narahatdır.
Nəşrin yazdığına əsasən, Kuba 300-dən çox pilotsuz uçuş aparatı (PUA) əldə edib və onların ABŞ-nin Quantanamo körfəzindəki bazasına, ABŞ hərbi gəmilərinə və hətta Florida ştatının Ki-Uest bölgəsinə qarşı istifadə olunması imkanlarını araşdırır.
Hesabatda İran və Rusiyanın təsiri fonunda müxtəlif aktorların — terrorçu qruplardan narkotik kartellərinə qədər — artan təhlükəsi vurğulanır.


























