“AZ SİLK” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi bununla bağlı məhkəməyə müraciət edib.
Buna səbəb şirkətin dövlət büdcəsinə 34 330,08 manat vergi borcunun olmasıdır. Borcla bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş həyata keçirilməyib.
Məhkəmənin qərarı ilə “AZ SİLK” MMC-nin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Həmçinin ondan 100 manat dövlət rüsumunun tutulmasına qərar verilib.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Fazil Ziyafət oğlu Hümmətovdur.


























