Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlar barədə aylıq məlumat açıqlayıb.
ANAMA-dan bildirilib ki, fevralın 1-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 96 piyada əleyhinə mina, 63 tank əleyhinə mina və 601 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 379.6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, 2020-ci ilin 10 noyabr tarixindən indiyə qədər ANAMA tərəfindən Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10600 piyada əleyhinə mina, 4865 tank əleyhinə mina və 14 045 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bu müddətdə 7560 hektar ərazi mina və PHS-lərdən təmizlənib.