image-a2337f3c-9430-4ce2-af74-c8b9c521d47bbackend

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir

image-reklam_sirab_01

Azərbaycan dünyada zəngin mənəvi dəyərlərə, tolerantlıq ənənələrinə malik olan çoxmillətli dövlət kimi tanınır.Ölkəmiz çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur.Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan coğrafi, geosiyasi və mədəni məkandır.Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Dövlətimiz təmin edir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır.Ölkədə müxtəlif mədəniyyətlərə və dini cərəyanlara məxsus insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları üçün geniş imkanlar yaradılmışdır.Eləcə də azsaylı xalqların öz mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə şərait yaradılmışdır.Tolerantlıq səviyyəsi və multikultural nailiyyətlər Azərbaycanın ümumbəşəri dəyərlərinə əvəzedilməz töhfələrindəndir. Xalqların zəngin musiqi folkloru mənəvi mədəniyyətin ayrılmaz tərkib hissəsini təşkil edir.Ənənəvi“Musiqi Atlası” layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir.Musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Bir çox mahnı nümunələri həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi siyasi və iqtisadi münasibətlərin yeni prinsipləri üzərində yaranmasına səbəb olmaqla yanaşı, eyni zamanda, ölkəmizdə multikulturalizmin inkişafı üçün geniş imkanlar yaratmışdır.
Dövrün tələblərinə uyğun olaraq multikultural münasibətləri tənzimləmək, müxtəlif dini inancların,mədəni dəyərlərin daşıyıcısı olan xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biridir.Bu öhdəliklərin yerinə yetirilmə və həyata keçirilməsi məqsədilə hal-hazırda münasibətlər inkişaf etdirilir və addımlar atılır.Azərbaycan hər zaman hər dövrdə obyektiv qiymətləndirməyə üstünlük vermişdir.Bu aspektdən yanaşsaq tarixin müxtəlif mərhələlərinə müraciət etdikdə bunları daha da aydınlaşdıra bilirik. Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir:“Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var.Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar.”Müasir dövrdə Azərbaycanda həyata keçirilən bu tədbirlər siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib və möhkəmləndirəcək.
Nigar Mirzəyeva YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki