image-gomrukbackend

Azərbaycan gömrük qapların bağlasa Tehran səfalət içərisində boğular

image-reklam_sirab_01

Son bir neçə aydır Azərbaycan-Tehran münasibətlərindəki gərginlik Arazın o tayında ciddi iqtisadi çalxalanmaya səbəb olmaqdadır.Onsuz da beynəlxalq sanksiyaların məngənəsində boğulan Tehran vəziyyəti bir qədər də gərginləşdirsə,ölkədə aclıq və səfalət bir neçə dəfə artacaq.Tehran rejimi Ermənista, Gürcüstan və Türkiyə vasitəsi ilə az da olsa ağır sanksiyalar fonunda nəfəs alsa da,artıq  Gürcüstan “lars”Gömrük-keçid qapsını,Türkiyə isə  molla rejiminin nəfəs aldığı mövcud qapıları bağlamaqla okisgenin ağzını yavaş-yavaş bağlamaqdadırlar.

İndi növbə Azərbaycanındı.Rəsmi Bakı Tehranla mövcud iqtisadi əlaqələri az da olsa rəfə qaldırmış olsa,İran iqtisadiyyatı kəllə-mayallaq olacaq.

Tehran ilə yaşanan son münasibətlər iqtisadi əlaqələrə də ciddi təsirini artıq göstərib. Arazın o tayı ilə ticari dövriyyəmiz 2016-cı ildən sonra daha çox artsa da ötən il pandemiyanın təsirlərindən ciddi şəkildə nəsibini aldı.

Tehran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub.

İqtisadi ekspertlər hesab edirlər ki, Tehranla-Azərbaycan arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycan ilə Tehran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsi isə 1,4 faizindən azını təşkil edir. Düşünün Arazın o tayı ilə illik idxalın həcmi  300 milyon dollardır və bu da o deməkdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu Tehranın Azərbaycana ixracatı üzərində qurulub.

Göründüyü kimi, Tehra ilə ticarət dövriyyəmiz ümumi ticarət dövriyyəmizdə xüsusi paya malik olmamaqla daha çox idxal hesabına formalaşır. Bu baxımdan, İran ilə ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə bu ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək. Yəni Azərbaycan deyil,Tehran rejimi bizdən asılıdı və bizə möhtacdır.

image-meshur

Milli Məclisin üzvü Məşhur Məmmədov  Veteninfo.az-a bildirib ki, Tehrandan idxalın azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsir olmayacaq.Millət vəkilinin sözlərinə görə, Azərbaycan illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi Cənub qonuşumuzun hesabına formalaşır:

“ Ötən il İrandan 23.6 milyon dollar dəyərində kartof, 9.8 milyon dollar təzə meyvə, 8.7 milyon dollar təzə tərəvəz, 13.0 milyon dollara yaxın şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollar çörək və un məmulatları, 1.9 milyon dollar süd və qaymaq, 1.5 milon dollar balıq, 1.4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları (çay (177.2 min dollar), düyü (167.4 min dollar) makaron məmulatları (51.4 min dollar) və s.) idxal etmişik”. Məşhur Məmmədov deyib ki, idxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asıllığının yaranmasına imkan vermir. Millət vəkili bildirib ki, Azərbaycan bütün qonuşuları ilə qarşılıqlı hörmət və sağlam münasibətlər fonunda daima düzgün siyasət aparıb. “Biz ərazi bötüvlüyümüzə hörmətlə yanaşan ölkələr ilə dostluq münasibətlərini davam etdrməkdə maraqlı olan xalq və dövlətik. Əgər hansısa qonuşumuz bizimlə təhdid və hədə dili ilə danışmağa meyillidirsə,o zaman bizim də baxışımız dəyişmiş olacaq.Yəqin ki, Tehran rəsmiləri yuxarıda qeyd etdiyim iqtisadi mənzərəni və rəqəmləri bilməmiş deyillər.Azərbaycan da Türkiyə Gürcüstan kimi sərhədləri bağlamış olsa,o zaman qonşuluğumuzdakı iqtisadi və sosial səfalətin mənzərəsi ürəkaçan olmayacaq”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki