image-reklam-veteninfo
image-1backend

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi

image-reklam-veteninfo

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri seçilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə qərar bu gün Nizami Kino Mərkəzində keçirilən AKİ konfransında səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, konfransın gündəliyində əsas məsələ ittifaqa yeni sədrin seçilməsi olub.

Şəfiqə Məmmədovanın namizədliyi daha əvvəl ittifaqın qarşıdakı konfransında sədr vəzifəsinə irəli sürüləcək yeganə namizəd kimi müəyyənləşdirilmişdi. Bununla yanaşı, konfrans ərəfəsində AKİ-nin bir sıra üzvləri Xalq artisti Həmidə Ömərovanın da namizədliyini irəli sürüb.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının əvvəlki sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra sədr vəzifəsinin səlahiyyətlərini Şəfiqə Məmmova icra edib.

İttifaqın katibi Əli İsa Cabbarovun da sədrliyə namizədliyi irəli sürülmüşdü. Lakin o, ötən ay namizədliyini geri götürdüyünü və vəzifəsindən istefa vermək üçün ərizə təqdim etdiyini açıqlayıb. Onun ərizəsinin yeni sədr seçildikdən sonra təsdiqlənəcəyi bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki