image-photo-2021-11-16-17-47-13backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8ci Zirvə Görüşü zamanı çıxışı ilə əlaqədar .

image-reklam_sirab_01

Atadan oğula qalan strategiya …Uğurlu Zəfər yolu

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordu­muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qaraba­ğımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi no­yabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezi­dentimiz Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu. 30 ilə yaxın işğal dövründə Azərbaycan Qarabağla bağ­lı siyasətində bir addım belə geriləmədi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, tor­paqlarımız işğaldan azad olundu.  Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şad­dır! Prezident İlham Əliyev Şuşa azad olunanda Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesa­bat verdi, həm də borcunu yerinə yetirdi.Qələbəyə  gedən yol ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. Ötən illər ərzində Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət potensialı çox çətin sınaq­lardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xari­ci siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolun­dan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutdu­ğu yoldan döndərə bilmədilər. Müstəqil Azərbaycan Respubli­kası heç bir dövlətin aslısına  çevrilmədi.

Azərbaycanın beynəxalq arenada nüfuzu …Sıx əməkdaşlıqlar

Azərbaycan qonşu ölkələrlə balanslaşdırılmış xarici siyasət yürüdür. Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq uğurla inkişaf edir. Biz bunun bariz nümunəsini qardaş Türkiyənin Azərbaycana ən yüksək forma­da mənəvi-siyasi dəstəyində gördük. Bundan əlavə, Prezi­dentimiz Rusiya Federasiyası ilə də strateji tərəfdaşlığı yüksək səviyyəyə qaldırıb. Azərbaycan ilə Gürcüstan arasındakı qonşu­luq və dostluq münasibətləri ağır imtahanlardan çıxdı, indi yüksək səviyyədədir. İranla da, dostluq münasibətlərimiz davam etdirilir və inkişaf etməkdədir. Dövlət başçımı­zın uğurlu xarici siyasəti sayəsində Azərbaycana Vətən müharibəsində Türkiyə, Pakistan, Əfqanıstan və başqa ölkələr mənəvi dəstək göstərdilər. Qoşulmama Hərəkatına üzv dövlətlər bizə siyasi dəstəklərini verdilər. Həm də bu bizim haqq işimiz idi.Biz “arxalı çaqqallar”kimi kiminsə torpağına soxulmamışdıq və ya bizə verilən əmanətə xəyanət etməmişdik .Biz öz doğma yurdumuzu  mənfur düşməndən təmizləməyi bir mənalı şəkildə məqsəd bilmişdik! Prezidentin qeyd etdiyi kimi, Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanı­nan öz ərazisində keçirdi. 

Güclü Lider …Sadiq Tərəfdaş

BMT Təhlükəsizlik Şurası, BMT Baş As­sambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və erməni faşizminin ölkəmizə qarşı təcavüz aktını təsdiqləyən qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə bizim aramızda paraflan­mış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı, sabit və götürdüyü bü­tün öhdəliklərə sadiq tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-da­imi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Əslində nailiyyət yox, sıçrayışdır. Bu sıçrayış ölkə başçı­sının çox böyük qələbəsidir!

Prezident İlham Əliyevin yorul­maz və məqsədyönlü fəaliyyəti ay­dın sübut edir ki, böyük öndərimiz Heydər Əliyev kimi, o da bu sahəni – xarici siyasəti daim diqqət mərkəzində saxlayır, Azərbaycanın beynəlxalq əlaqələrini məharətlə tənzimləyir

Tarixə keçən an …8ci Zirvə Görüşü

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər .

Görüş “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçirilib

Ümid edirik ki, türk dövlətləri liderlərinin Zirvə Görüşü Türk dünyasının, İslam dünyasının və bütün bəşəriyyətin sülh və rifahına vəsilə olacaqdır. Üç qitəni birləşdirən coğrafiyası və iki trilyon dollara çatan milli gəliri ilə Türk Şurası regionun və dünyanın rifahına, sülh və təhlükəsizliyinə ciddi töhfə verən, beynəlxalq əhəmiyyətli mühüm strukturdur” .Məhs elə bu böyük və tarixi gündə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdi . Və o çıxışının davamında şanlı zəfərimizlə bağlı bir daha bizi və Türk dünyasını təbrik etdi .Nitqindən bir parça :”Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.

Qalib ölkə …Prezident İlham Əliyev Cənablarının çıxışı …

Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan,

Əziz dövlət-hökumət başçıları,

İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən VIII Zirvə Görüşündən sonra institusional dəyişiklik edilərək Türk Dövlətləri Təşkilatı adlandırılacaq. Bu dəyişiklik sadəcə məzmun baxımından deyil, həm də yaradılan geniş imkanlar, ümumi maraqlar nəzərə alınaraq mühüm qərarların həyata keçirilməsində, sinxron addımların atılmasında mühüm rol oynayacaq. Belə ki, mövcud fakt beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, onun fəaliyyət arealının qlobal əhəmiyyət kəsb etməsinə mühüm təsir edəcək amildir.Biz bununlada Azərbaycanın Türk dilli ölkələr arasındakı nüfuzunu bariz görə bilirik . Malik olduğumuz ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər   və bu kimi amillər fəaliyyətimizin və əməkdaşlığımızın zəminində dayanmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsinə geniş və unikal imkanlar yaradır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlər indən birini təşkil edir. Türk Şurasına sədrliyimiz Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi kimi olduqca tarixi bir mərhələyə təsadüf edib. Tarixin müəyyən dövrlərində məqsədli şəkildə aramıza süni divarlar hörməyə müvəffəq olan məqsədyönlü dairələr 44 gün ərzində türkdilli dövlətlərin xalqlarının Azərbaycan xalqına dəstəyinin qarşısını ala bilmədilər. Bu baxımdan müharibə dövründə onlar ardıcıl olaraq xalqımıza dəstək ifadə ediblər. Bu gün əminliklə və qürurla qeyd edirik ki, Azərbaycanın böyük Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi işində əhəmiyyətli rol oynayıb”.

 

 

 

 

 

       Baxşiyeva Səbinə Coşqun qızı

Bakı Slavyan Universiteti BSU .Filalogiya və Xarici dil fakultəsi .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki