image-img-20240426-wa0022backend

Dünyanın ən gözəl ölkələrindən birində işləmək istərdinizmi?

image-reklam_sirab_01

TÜRKİYƏNİN DİJİTAL NOMAD VİZA PLATFORMASI AKTİVDİR!

Canlı şəhərləri və heyrətamiz sahilləri ilə dünyanın ən məşhur turizm məkanlarından biri olan Türkiyə indi Dijital Nomad – rəqəmsal köçərilər üçün də sığınacaq olmaq yolundadır.

Rəqəmsal köçərilər Türkiyəyə viza almaq üçün Digital Nomad Ön Müraciət platforması “Digital Nomad GoTürkiye”-dən asanlıqla müraciət prosesinə başlaya bilərlər. Prosesin sadəcə ilk addımı olan bu platformada tələbləri yerinə yetirdikdən sonra rəqəmsal köçərilər “Rəqəmsal köçəri identifikasiya sertifikatı” alacaqlar. Platformadan aldıqları sertifikatla rəqəmsal köçərilər Türkiyə konsulluqlarında və ya viza mərkəzlərində müraciət proseslərini davam etdirməlidirlər.

Türkiyədə kimlər Dijital Nomad ola bilər?
Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya, Lüksemburq, İrlandiya, Danimarka, Yunanıstan, Xorvatiya, İspaniya, Portuqaliya, Avstriya, Finlandiya, İsveç, Çexiya, Macarıstan, Polşa, Sloveniya, Slovakiya, Estoniya, Latviya, Litva, Malta, Bolqarıstan, Rumıniya, Norveç, İslandiya, Lixtenşteyn, Böyük Britaniya, İsveçrə, ABŞ, Kanada, Rusiya Federasiyası, Ukrayna və Belarusiya 21-55 yaş arası vətəndaşları Türkiyədən Dijital Nomad Vizasına müraciət edə bilər.

Rəqəmsal Köçəri İdentifikasiya Sertifikatı əldə etmək üçün platformada qeydiyyatdan keçdikdən sonra aşağıdakı sənədləri əlavə etmək lazımdır:

• Türkiyəyə gəldikdən sonra ən azı altı ay etibarlı pasport
• Ali təhsil haqqında diplom və ya diplomu əvəz edən sənəd
• Ərizəçinin Dijital Nomad kimi işlədiyini göstərən sənəd:
a) Əgər bir şirkətdə işləyirsə müqavilə (Türkiyədəki şirkətlər istisna olmaqla) və ya
b) ərizəçi ilə şirkət arasında əmək müqaviləsi (Türkiyədəki şirkətlər istisna olmaqla)
• Biometrik fotoşəkil
• Ərizəçinin aylıq 3000 ABŞ dolları və ya 36.000 ABŞ dolları illik gəliri olduğunu sübut edən sənəd,

Türkiyə Digital Nomad-lara ehtiyac duyduqları hər şeyi və daha çoxunu təklif edir
Güclü texnoloji infrastrukturu, asanlıqla əldə edilə bilən yeri və yüksək inkişaf etmiş rəqəmsal bankçılıq və ödəniş sistemləri ilə Türkiyə artıq son illərdə rəqəmsal köçərilərin məşhur məkanına çevrilib. Dijital Nomad Vizası ilə ziyarətçilər Türkiyədə qalma müddətini uzada və onun böyük şəhərlərində yüksək sürətli internet və mobil rabitədən istifadə edərkən ölkənin bənzərsiz gözəlliyindən həzz ala bilərlər.

Enerjisi tükənməyən Metropolis: İstanbul
Fərqli mədəniyyətlərin qovuşduğu yer olan İstanbul təkcə minillik sivilizasiyaların kəsişdiyi tarixi məkan deyil, həm də böyük şirkətlərin və kiçik startapların olduğu bir iş mərkəzidir. Dünyanın demək olar ki, hər yerindən birbaşa uçuşlarla asanlıqla səyahət edilə bilən bu canlı şəhər nəqliyyat infrastrukturu, kirayəlik mənzillərdən hostel və otellərə qədər müxtəlif yaşayış variantları, mülayim iqlimi və müasir iş şəraiti ilə bütün ehtiyacları qarşılayır.

İstanbul şəhərin müxtəlif yerlərində pulsuz simsiz internet (Wi-Fi) təklif edən kafe və parklarda və ya coworking – ortaq çalışma ofislərində uzaqdan işləyərkən möhtəşəm mənzərədən həzz ala biləcəyiniz bir şəhərdir. Çox qatlı canlılığı, kəşf edilməyi gözləyən tarixi binaları, çoxmədəniyyətli tarixi, il boyu aktiv mədəniyyət və incəsənət səhnəsi, hər kəsi valeh edən ləzzətli mətbəxi ilə İstanbulun sosial mühitindən və digər fərqləndirici xüsusiyyətlərindən həzz almaq mümkündür.

Tarix və Müasirliyin bənzərsiz qarışığı: İzmir
“Lonely Planet”-in 2024-cü ildə səyahət bölgəsi tövsiyələrindən biri olan İzmir, rəqəmsal köçərilərin ehtiyaclarına cavab verən geniş və rahat bir şəhərdir. Geniş çeşidli yaşayış variantları, dəniz kənarında əla yerləşməsi, Egey mətbəxi, tarix və müasir mədəniyyəti birləşdirən teksturası şəhərin fərqləndirici xüsusiyyətlərindəndir. Şəhərin bir çox məşhur dənizkənarı şəhərləri də müasir infrastrukturu ilə rəqəmsal köçərilər üçün uyğundur. Harada qalmağınızdan asılı olmayaraq, bir kafedə işləməyə davam edə və fasiləyə ehtiyac duyduğunuz zaman Egeyin mavi sularında istirahət edə bilərsiniz.

Təbiət və dənizlə iç-içə iş mühiti: Muğla
Aralıq dənizi və Egey dənizlərinin qovşağında yerləşən Muğla rəqəmsal köçərilər üçün mükəmməl bir seçimdir. Sizi cənnətdə hiss etdirən Dalaman, Bodrum və Fethiye kimi məşhur şəhərləri sayəsində Muğla ziyarətçilərinə tətildəymiş kimi hiss edən bir iş sahəsi təqdim edir.

Muğla təbii gözəllikləri və möhkəm infrastrukturu ilə ziyarətçilərə dinc bir iş mühiti təqdim edərkən, qədim şəhərləri kəşf etməkdən tutmuş qayıq turlarına və ləzzətli Egey mətbəxinə qədər müxtəlif fəaliyyətlərlə asudə vaxtlarını daha da əyləncəli edir. Mükafatlı qızıl çimərlikləri və kristal suları, dinc körfəzləri və göz qamaşdıran mənzərələrlə əhatə olunmuş sahil xətti ilə Muğla cənnət kimi bir iş sahəsi arzusunda olanlar üçün unikal bir yerdir.

Aralıq dənizi günəşi altında sonsuz təcrübələr: Antalya
Türkiyə Rivierasının ürəyi sayılan Antalya həm də ildə 300 gün günəş işığına sahib iqlimi ilə rəqəmsal köçərilərin sevimlisidir. Uzun çimərliklər, qədim şəhərlər, şəhərin şanlı tarixini əks etdirən muzeylər və Aralıq dənizi ləzzətləri ilə əhatə olunmuş bu şəhər, ziyarətçilərin həm işləyərkən , həm də istirahət edərkən gözəl mənzərələrdən həzz ala biləcəyi məkandır. Hər cür imkanlarla təchiz olunmuş lüks yaşayış alternativlərinə sahib Antalyada ziyarətçilər Mavi Bayraqlı çimərliklərdən həzz alaraq Patara, Aspendos, Perge, Phaselis və Olimpos, Likya və St. Paul kimi qədim şəhərləri kəşf edə bilərlər.

Türkiyə iş yerinizi cənnətə çevirəcək!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki