Azərbaycan-Türkiyə qardaşlığı dünya üçün bir örnəkdir.
Türk olmaq-özü bir şərəf, qeyrət məsələsidir. Uca yaradanın yer üzünə bəxş etdiyi bu cəsur millət, digər millə tlərdən bir çox məziyyətlərinə görə fərqlənir. Türk milləti əsirlərin süzgəcindən keçərək özündə qəhrəmanlıq , məğrurluq, vətənə bağlılıq, ataya-anaya hörmət, elə-obaya sədaqət rəmzinə çevirilib.
Böyük türk şairi Mammud Qaşqarlı türk milləti haqqında bunları demişdir: “ Tanrının dövlət günəşini türk bürclərindən doğulmuş olduğunu və onların mülkləri üzərində göylə rin bütün qatlarını saxladığını gördüm. Tanrı onlara Türk adını verdi və onları yer üzünə sahib etdi. Zəmanəmizin xalqlarını onların arasından çıxardı. Dünya millətlərini idarə etmək üçün lazım olan ipləri onların əlinə verdi. Onları hər kəsdən üstün elədi. Özlərini haqq üzərində gücləndirdi. Onlarla birlikdə çalışanı, onların tərəfində olanı əziz tutdu”.
Dünya tarixinin böyük sərkərdəsi Napoleon Bonapart türklər haqqında demişdir: “İnsanları yüksəldən iki məziyyət vardır: kişinin cəsur, qadının cəsur olması. Bu iki məziyyətlə birlikdə hər iki cinsi- qadınla kişini şərəfləndirən tək bir fəzilət vardır: vətənə xidmətində hər şeyini tərəddüdsüz fəda edəcək qədər bağlı olmaq. Bu məziyyətlər və bu fəzilətlər ən böyük qəhrəmanlığı, həyatın ələminə, qədərinə qarşı laqeyd qalmağı və ağır hadisələrin çətinliklərinə köks gərməyi doğurur. Məhz türklər bu cür qəhrəmanlardandır. Və buna görə türklər öldürülə bilərlər, lakin məğlub edilməzlər”.
İslam Peyğəmbəri Məhəmməd (s.a.s) türklər haqqında belə bir hədis demişdir: ”Qırmızı sifətli və üzləri sanki zindan üstündə döyülmüş və dəri örtüklü qalxanlar kimi( sağlam, geniş və heybətli) Türklərə müjdələr olsun! Allaha and içirəm ki, insanların qəzəb kasası daşsa da Allah onlara həm bu dünyada və həm də o biri dünyada nə istəsələr verəcək və onları mükafatlandıracaq”.
Bəli, yüzlərlə tarixi şəxsiyyətin türklər haqqında dediyi xoş kəlamlardan sitatlar gətirmək olar. Türklərin nə qədər qorxmaz, igid, mərd və istiqanlı bir xalq olması haqqında hələ bir çox tədqiqatçılar samballı əsərlər ərsəyə gətirəcəklər. Bir azərbaycanlı olaraq “ oğuz türkü olaraq” sevinməliyik ki, bu şanlı tarix yazan millətin nümayəndəsiyik. Dövlətçilik tarixini 4-5 min il bundan əvvəl yazan bu xalq, tarixə bir çox nəhəng imperiyalar bəxş etmişdir. Hunlardan başlamış Göy türklərə, Xəzərlərə, Səlcuqlara, Şirvanşahlara, Osmanlılara, Teymurilərə, Səfəvilərə və sadalamaqla bitməyən bir çox dövlətlərə sahib olmuş bu millət 3 qitədə ərazi hakiminə çevrilmişlər.
Budur türklərin şanlı tarixi! Müasir zəmanəmizdə, XX və XXI əsrdə tanrı türk millətinə bir çox tarixi şəxsiyyətlər bəxş etmişdir. Bunlar sadalamaqla bitməz. Mustafa Kamal Atatürkdən başlamış, Məhəmməd Əmin Rəsulzadəyə, Ulu Öndər Heydər Əliyevə, İlham Əliyevə, Rəcəb Tayyib Ərdoğana kimi. Bu tarixi şəxsiyyətlər hər zaman türk millətinin və türk dövlətinin adını uca tutmuşlar və çalışmışlar ki, bölgədə və dünya çapında hər zaman tükün liderliyin təmin etsinlər.
Çox sevindirici haldır ki, hər zaman Azərbaycan xalqının yanında olan qardaş Türkiyə və onu rəhbəri cənab Rəcəb Tayyib Ərdoğan bu dəfə də 28 may 2022-ci il tarixdə Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməklə, xalqımızla həmrəy olduğunu bir daha dünyaya nümayiş etdirmiş oldu. Bunu möhtərəm Prezident cənab İlham Əliyev də öz çıxışında qeyd etmişdir: ” 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə bir yerdədir. Türkiyə -Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də günü-gündən artacaq”.
Tarixi Şuşa Bəyənnaməsini imzalamaqla Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir-siyasətdə, iqtisadi əlaqələrdə, enerji , nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və digər sahələrdə. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Bu ifadələri Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bir daha təsdiq etmiş oldu. Sözügedən tədbirdə o, dedi:” Cari il Türkiyə Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubiley ilidir. Türkiyə dəstəyinin tarixi 1915-cildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Biz kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Şuşa Bəyənnaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgədə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan , bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik”.
Çox sevindirici haldır ki, və deyərdim ki, tarixdə bu qədər hər iki dövlət və hər iki lider arasında bu qədər isti münasibət, mehriban qonşuluq və sarsılmaz qardaşlıq əlaqələri olmamışdır. Həqiqətən biz türk xalqları olaraq, böyük qürur hissi ilə deyə bilərik ki, bizim belə böyük liderlərimiz və rəhbərlərimiz var.
Böyük Atatürk demişkən: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin təbirincə desək: “Biz bir millət iki dövlətik”.
Yaşasın Müstəqil Azərbaycan! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Mürvət İbrahimov,
Tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi