image-img-20220604-wa0052backend

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri

image-reklam_sirab_01

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri

 

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır.Tərəfdaşlıq Prioritetləri

Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan – Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir.   Tərəfdaşlıq Prioritetləri aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı ehtiva edir. Qurumların gücləndirilməsi və yaxşı idarəçilik,İqtisadi inkişaf və bazar imkanları

Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti

Yerdəyişmə və insanlar arasında əlaqələr

Sənəddə tərəflər ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı, biri-birilərinin müstəqilliyi və suverenliyinə hörmət və bu prinsiplərin dəstəklənməsinə sadiq qalmaqla öz aralarında münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıdıqlarını bildirirlər.

Hazırda sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır.

 

Əhmədova Cavahir

Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki