image-img-20220528-wa0038backend

Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq

image-reklam_sirab_01

Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq.

30 ilə yaxın bir dövr ərzində erməni faşistləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması, yurdumuzun ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin tələblərinə əsasən həmsədr dövlətlərin iştirakı ilə Ermənistan rəhbərliyi ilə danışıqlar aparılsa da heç bir müsbət nəticə hasil olmurdu. Düşmən dövlət qəbul edilən qətnamələri heçə sayırdı. Bütün bunlara və davamlı olaraq yurdumuzun sərhəd bölgələrinə silahlı hücumlarına dözməyən Azərbaycanın Milli Ordusu 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hücumunu adekvat cavablandırdı. 44 günlük Vətən müharibəsindən, möhtəşəm qələbədən bizi aylar ayırır. Ötən müddət ərzində dövlətimizin başçısı İlham Əliyev dəfələrlə azad olunmuş ərazilərdə olmuş, aparılan ilkin quruculuq işləri ilə tanışlıq edərək tapşırıqlarını vermişdir. Qeyd etmək lazımdır ki, düşmən torpaqlarımızı işğal altında saxladığı illər ərzində boş dayanmamış, əraziləri darmadağın etmiş və minalar basdırmışdır. Bu təhlükəli minaların təmizlənməsi və quruculuq işlərinin başlanması üçün isə zaman lazımdır. Düşmənin məkrli hiylələri ilə yüz dəfələrlə qarşılaşan xalqımız təbii ki, bu problemin də həllinə nail olacaq. Bunu dövlətimizin başçısı dəfələrlə deyib və vurğulayıb ki, azad olunan ərazilərimizdə həyatın bərpa olunması, sakinlərinin yurd yerlərinə qayıtması üçün lazım olan hər cür işlər görüləcəkdir.
Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü.
44 günlük müharibə Azərbaycanın gücünü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpaqlarımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün bizim ordumuz irəli gedirdi. Müzəffər ordumuz bir gün də geri addım atmayıb. Düşmən isə özgəsinin torpağında olduğunu nəhayət dərk edərək müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı.Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaqdır.44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Bu Vətən müharibəsi Azərbaycan övladının vətənpərvərliyini, cəsarətini, şücaətini üzə çıxardı. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz, qalib xalq kimi bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq.

Əhmədova Cavahir, Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki