“Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var”.
Vətəninfo.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O qeyd edib ki, onların bəziləri fəaliyyət göstərmir.
“Ancaq əksəriyyəti fəal şəkildə fəaliyyət göstərir”, – sektor müdiri vurğulayıb