image-17045b47-6174-3cb7-b9d5-2beef65c2369_850backend

Azərbaycanda film kimi olay: iki əcnəbi yarım milyonluq oğurluq etdi – ÖZƏL

image-reklam_sirab_01

Abşeronda külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşları – Vahid Kara və Samet Kurtuluşun (hər iki şəxsin ad, soy adı şəridiri) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Veteninfo.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinnin hakimi Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vahid Kara 10 il və Samet Kurtuluş isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Türkiyə vətəndaşları – Vahid Kara və Samet Kurtuluş qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və digər sənədini gizli olaraq talayıb zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törədib.

Belə ki, onlar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə istintaqa cəlb edilməsi mümkün olmayan qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2019-cu ildə Abşeron rayon ərazisində Yusif Mikayılovun evindən ümumilikdə 571 145 manatlıq oğurluq ediblər.

Vahid Kara və Samet Kurtuluş bu il polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki əcnəbi Cinayət Məcəlləsinin 177.4-cü (Oğurluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 326.2-ci (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki