image-1570085282_5d96812f-f931-4447-b31c-2f8052cc7a7abackend

Azərbaycanda kişi keçmiş arvadını paltar ütüləmədiyinə görə döydü – ÖZƏL

image-reklam_sirab_01

Bakıda kişi keçmiş arvadını paltar ütüləmədiyinə görə döyüb.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Bildirilib ki, hadisə bu il avqustun 6-sı saat 12 radələrində Nizami rayon ərazisində qeydə alınıb.

Belə ki, Fikrət Həsənli (şərti) onunla eyni ünvanda yaşayan keçmiş arvadı Fəridə Qasımova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb qadının onun paltarını ütüləmədiyinə səbəb olub.

Baş vermiş mübahisə zamanı Fəridə kişinin ünvanına nalayiq ifadələr işlədib. Bu zaman kişi qəsdən döşəmə taxtası ilə qadının sol qolundan, təpiklə isə ayaq nahiyələrindən vurub. Nəticədə Fikrət Fəridənin qəsdən sağlamlığa yüngül zərər yetirib.

Məhkəmədə elan olunub ki, tərəflər barışıb, Fikrət Həsənli özünü təqsirli bilib, zərərçəkmiş isə keçmiş ərini bağışlayıb.

Qərara əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki