image-1653566710_abackend

Azərbaycanda siqaretlər bahalaşdı – YENİ QİYMƏTLƏR

image-reklam_sirab_01

Bu gün Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb.

Veteninfo.az Trend-ə istinadla xəbər verir ki, qiymətlər 10-30 qəpik civarında artıb.

Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq ölkəmizdə böyük siqaret istehsalçısı olan “Tabaterra” QSC-dən bildiriblər ki, müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla, yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır.

Qurumdan bildirilib ki, “Tabaterra” QSC heç bir siqaretin qiymətini qaldırmayıb: “Dükanlarda satılan siqaretlərin qiymətlərinə biz nəzarət etmirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki