image-reklam-veteninfo
image-sonzengbackend

Azərbaycanda “Son zəng”lə bağlı – YENİ QAYDALAR

image-reklam-veteninfo

Bu il Azərbaycanda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri 13 iyun tarixində keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, məzun günü mərasimləri iki saatlıq formatda təşkil olunacaq və saat 08:00-da başlayaraq 10:00-da başa çatacaq.

Qaydalarına əsasən, hər bir şagird tədbirə yalnız bir valideynlə birlikdə qatıla biləcək.

Məktəblərdə təhlükəsizlik və nizam-intizamın təmin edilməsi məqsədilə iştirakçı sayına məhdudiyyət tətbiq olunması nəzərdə tutulur.

Eyni zamanda, şagirdlərin mərasimdə məktəb formasında iştirak etməsi məcburi tələb kimi müəyyən edilib.

Tədbir çərçivəsində musiqi seçimlərinə də məhdudiyyət qoyulub. Belə ki, etik normalara uyğun olmayan, “bayağı” hesab edilən musiqilərin ifasına icazə verilməyəcək.

Qaydaların pozulması hallarında məsuliyyət birbaşa təhsil müəssisəsinin rəhbərliyi üzərinə düşəcək və müvafiq inzibati tədbirlərin görüləcəyi bildirilir.(Bakıvaxtı.az)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki